Son yenilənmə: 14 İyul 2026
Behbudlu Academy veb-saytına xoş gəlmisiniz. Bu səhifədən istifadə etməklə siz aşağıda qeyd olunan istifadə şərtlərini tam şəkildə qəbul etmiş hesab olunursunuz. Şərtlərlə razı olmadığınız təqdirdə, zəhmət olmasa saytdan və xidmətlərimizdən istifadəni dayandırın.
Behbudlu Academy müəllimlər üçün rəqəmsal (dijital) bacarıqlar, sinif idarəetmə metodologiyaları, fərdi inkişaf və digər tədris sahələrində ödənişli/ödənişsiz video kurslar və materiallar təqdim edən platformadır.
Qeydiyyat formunu doldurarkən təqdim etdiyiniz məlumatların (ad, soyad, telefon nömrəsi) doğru və dəqiq olması sizin öhdəliyinizdir. Yanlış məlumatlar qeydiyyatın və ya kursa giriş imkanının ləğv edilməsinə səbəb ola bilər.
Saytda yerləşdirilmiş bütün dərs videoları, mətnlər, dizaynlar, PDF bələdçilər və proqramlar Behbudlu Academy-yə məxsusdur. Bu materialların icazəsiz kopyalanması, paylanması, satılması və ya digər platformalarda yayımlanması qəti qadağandır və hüquqi məsuliyyət yaradır.
Ödənişli təlim və ya inkişaf paketlərinə qoşulma yalnız bir dəfə edilən ödənişlə ömürlük aktivləşir. Kurs materiallarına giriş təmin edildikdən sonra, rəqəmsal məhsulların təbiəti gərəyi (məlumatların dərhal əldə olunması) ödəniş geri qaytarılmır.
Behbudlu Academy təqdim olunan məlumatların və dərslərin müəllimlərin fərdi karyera inkişafına müsbət təsir edəcəyini hədəfləyir, lakin hər hansı bir konkret gəlir, işə qəbul və ya akademik nəticə barədə hüquqi zəmanət vermir. Uğur hər bir istifadəçinin şəxsi fəaliyyətindən asılıdır.
← Ana Səhifəyə Qayıt